Dünya Kuboku: İngiltərə 1/8 finalı asan keçib Fransaya rəqib oldu
Dünya Kubokunda daha bir komanda 1/4 finala vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, İngiltərə yığması 1/8 finalda Seneqal millisi ilə qarşılaşıb.
Afrika təmsilçisinə heç bir şans verməyən Qaret Sautgeytin komandası mərhələni rahat qələbə ilə keçib. Britaniyalılar növbəti mərhələdə son Dünya çempionu Fransa ilə qarşılaşacaqlar.
Dünya Kuboku-2022. 1/8 final
İngiltərə - Seneqal 3:0
Qollar: Cordan Henderson, 37, Harri Keyn, 45+2, Bukayo Saka, 57.
Baş hakim: İvan Barton (Salvador)
"Əl Beyt" stadionu.