AFFA "Qarabağ" üçün Bakı metropolitenindən xahiş etdi - ÖZƏL

AFFA "Qarabağ" üçün Bakı metropolitenindən xahiş etdi - ÖZƏL

Fevralın 14-də Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində keçiriləcək “Qarabağ” - "Gent" oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər olacaq.

mediasport.az saytının əldə etdiyi məlumata görə, AFFA Bakı vaxtilə 21:45-də başlanacaq qarşılaşmanın gecə saatlarında qurtaracağı üçün azarkeşlərin mənzil başına rahat və təhlükəsiz yollanmaları baxımından "Bakı Metropoliteni" QSC-yə iş saatının uzadılması ilə bağlı müraciət edib.

Əldə edilən müsbət razılaşmaya əsasən, metropolitenin "Gənclik", "Nəriman Nərimanov" və "28 May" stansiyalarında iş vaxtı 1 saat artırılacaq. Eyni zamanda, Bakı metropoliteninin bu 3 stansiyası gücləndirilmiş və dəyişdirilmiş iş rejimində çalışacaq.

Məlumat verən mənbənin sözlərinə görə, ölkədə futbolla bağlı təşkil edilən kütləvi tədbirlərə birbaşa AFFA cavabdehlik daşıyır. Bu mənada "Qarabağ"la yanaşı, federasiya da metropolitenin iş saatının uzadılması ilə bağlı quruma müraciət ünvanlayıb.