İnkişaf Turniri: Milli komandamız Özbəkistan yığmasına da uduzdu

İnkişaf Turniri: Milli komandamız Özbəkistan yığmasına da uduzdu

Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komandamız “ABFF Technical Center”də Özbəkistan futbolçuları ilə üz-üzə gəlib.

Görüş rəqibin qələbəsilə yekunlaşıb - 2:0.

U-17 turnir çərçivəsində ilk matçda Belarus yığmasına böyük hesabla uduzmuşdu - 0:4.

Komandamızın son sınağı aprelin 28-də Tacikistan seçməsinə qarşı olacaq.