Patrik Andrade Afrika Millətlər Kuboku üçün yığmaya dəvət alıb

 Patrik Andrade Afrika Millətlər Kuboku üçün yığmaya dəvət alıb

"Qarabağ"ın futbolçusu Patrik Andrade növbəti dəfə Kabo Verde milli komandasına dəvət alıb.

Mediasport.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun oyunları üçün yığmaya çağırılıb.

30 yaşlı futbolçunun komandası Misir, Qana və Mozambiklə birlikdə B qrupunda mübarizə aparacaq.

Millidəki debütünü 2020-ci ilin 10 oktyabrında edən yarımmüdafiəçi bu müddətdə 17 oyuna çıxıb.

Xatırladaq ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Kot-d’İvuarda keçiriləcək.