"Zirə"də ayrılıq - Rəşad Sadıqovun narazı olduğu forvard yola salınıb
Mövsümün qalan hissəsinin hazırlıqlarına start verən "Zirə"də ilk ayrılıq reallaşıb.
Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisi ilin əvvəlində transfer etdiyi Vladislav Kulaçı yola salıb.
Baş məşqçi Rəşad Sadıqovun narazı qaldığı 30 yaşlı ukraynalı hücumçu azad agent statusu alıb.
Kulaç "qartallar"la Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyun keçirib, 4 qol vurub.