"Qəbələ" 700-cü matçına çıxacaq

  "Qəbələ" 700-cü matçına çıxacaq

"Qəbələ" 1-ci Liqanın 3-cü turunda "Mingəçevir"lə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş "qırmızı-qaralar" üçün yubileylə əlamətdar olacaq.

Komanda tarixinin 700-cü matçına çıxacaq. İndiyə qədər 699 oyun keçirən "Qəbələ" Premyer Liqada 540, ölkə kubokunda 85, avrokuboklarda 42, 1-ci Liqada 32 qarşılaşmada qüvvəsini sınayıb.

"Qırmızı-qaralar" bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran komanda 794 top buraxıb. "Qəbələ" tarixində ilk oyunu 2005-ci il, 21 sentyabrda "Şərur"a qarşı keçirib (8:0).