UEFA Avropa Liqasında pley-off mərhələsinin cütləri müəyyənləşdi
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatması keçirilib.
Mediasport.az xəbər verir ki, mərasimdə raundun 12 cütü müəyyənləşib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin Çempionlar yolunun 6 məğlubu, Avropa Liqasında eyni turun 13 qalibi və əvvəlki raundlardan azad olan beş komandanın rəqibləri məlum olub.
Pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.
UEFA Avropa Liqası. Pley-off mərhələsi
"Dinamo" Minsk - "Linkoln" cütünün qalibi - “Anderlext”
"Yagelloniya" - "Bude-Qlimt" cütünün məğlubu - "Panatinaikos" - "Ayaks" cütünün qalibi
"Qarabağ" - "Ludoqores" cütünün məğlubu - "Petrokub" – TNS cütünün qalibi
"Partizan" - "Luqano" cütünün qalibi - “Beşiktaş”
LASK - "Sparta" - "Styaua" cütünün məğlubu
"Santa Koloma" – RFŞ cütünün qalibi - "Slovan" - APOEL cütünün məğlubu
"Panevejis" – "Makkabi" Təl-Əviv cütünün qalibi - “Baçka Topola”
"Malmö" - PAOK cütünün məğlubu - "Çelye" – "Şemrok" cütünün qalibi
"Midtyulland" - "Ferensvaroş" cütünün məğlubu - "Klaksvik" - "Boraç" cütünün qalibi
"Mölde" - "Serkl Brügge" cütünün qalibi - "Riyeka" - "Elfsborq" cütünün qalibi
"Braqa" - “Servette” cütünün qalibi - "Trabzonspor" - "Rapid" Vyana cütünün qalibi
“Krivbass” - “Viktoriya” Plzen cütünün qalibi - “Harts”