DÇ-2026: Braziliya və Argentinadan ardıcıl ikinci qələbə

DÇ-2026: Braziliya və Argentinadan ardıcıl ikinci qələbə

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 2-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, qrup lideri olmağa iddialılar - Braziliya və Argentina yığmaları ardıcıl 2-ci qələbələrini qazanıblar.

Hər iki milli 3 xalı səfərdə təmin ediblər. 2 turdan sonra aktivində 6 xalı olan "sambaçılar"la "albiselesta" turnir cədvəlində 1-2-ci yerləri bölüşürlər.


DÇ-2026. Seçmə mərhələ. 2-ci tur


Boliviya - Argentina 0:3

Qollar: Enso Fernandes, 31, Nikolas Talyafiko, 42, Niko Qonzales, 83.

Qırmızı vərəqə: Roberto Fernandes, 39 (Boliviya)


Ekvador - Uruqvay 2:1

Qollar: Feliks Torres, 45+5, 61 - Aqustin Kanobbio, 38.

Qaçırılmış penalti: Enner Valensiya, 50.


Venesuela - Paraqvay 1:0

Qol: Salomon Rondon, 90+3.


Peru - Braziliya 0:1

Qol: Markinyos, 90.


Çili - Kolumbiya 0:0