Daha iki yığma bu axşam AVRO-2024-ə vəsiqəni rəsmiləşdirə bilər

Daha iki yığma bu axşam AVRO-2024-ə vəsiqəni rəsmiləşdirə bilər

Bu gün futbol üzrə AVRO-2024-ün seçmə qrup mərhələsində növbəti oyunlar baş tutacaq.

Mediasport.az xəbər verir ki, 4 qrupda ümumilikdə 9 qarşılaşma keçiriləcək.

Slovakiya yığması bu axşam qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edə bilər - bunun üçün İslandiya ilə görüşdə 1 xal yetərli olacaq.

Monteneqro millisi Litva ilə matçda xal itirsə, AÇ-yə yollanmaq şanslarını itirəcək və bununla Serbiya ən azı qrup ikincisi kimi tapşırığın öhdəsindən gəlmiş sayılacaq.

Ümumilikdə, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Macarıstan, Portuqaliya, Fransa, Türkiyə, İngiltərə və meydan sahibi Almaniyanın AVRO-2024-ün final mərhələsində iştirakı rəsmiləşib.


AVRO-2024. Seçmə qrup mərhələsi


A qrupu

21:00. Kipr - İspaniya

21:00. Gürcüstan - Şotlandiya

Xal durumu: İspaniya – 15 (6 oyun), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7).


F qrupu

21:00. Azərbaycan - İsveç

21:00. Estoniya - Avstriya

Xal durumu: Belçika - 17 (7), Avstriya - 16 (7), İsveç - 7 (6), Azərbaycan - 4 (6), Estoniya - 1 (6).


G qrupu

21:00. Bolqarıstan - Macarıstan

23:45. Monteneqro - Litva

Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva - 6 (7), Bolqarıstan – 2 (6).


J qrupu

23:45. Lixtenşteyn - Portuqaliya

23:45. Lüksemburq - Bosniya və Herseqovina

23:45. Slovakiya - İslandiya

Xal durumu: Portuqaliya – 24 (8), Slovakiya – 16 (8), Lüksemburq – 11 (8), İslandiya - 10 (8), Bosniya və Herseqovina – 9 (8), Lixtenşteyn – 0 (8).