AL və KL-də həftənin ən yaxşısı olmağa namizədlər açıqlandı

AL və KL-də həftənin ən yaxşısı olmağa namizədlər açıqlandı

Avropa və Konfrans Liqalarının 1/8 final mərhələlərinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu olmağa namizədlərin adları açıqlanıb.

mediasport.az xəbər verir ki, Avroliqada "Bayer"dən Edmond Tapsoba, "Mançester Yunayted"dən Bruno Fernandeş, "Roma"dan Paulo Dibala və "Yunion Sent-Jilluaz"dan Viktor Bonifase ən yaxşı olmaq adına iddia edir.

Konfrans Liqasında isə Yesper Karlsson ("Alkmaar"), Maykl Antonio ("Uest Hem), Vladimir Vayss ("Slovan", Bratislava) və Antonio Miliç ("Lex") namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.