"Araz-Naxçıvan" - "Zirə" oyununun stadionu dəyişdirilib

"Araz-Naxçıvan" - "Zirə" oyununun stadionu dəyişdirilib

"Araz-Naxçıvan" və "Zirə" komandaları arasında keçiriləcək yoxlama oyununun stadionu dəyişdirilib.

Mediasport.az xəbər verir ki, yanvarın 10-da keçiriləcək qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda baş tutmayacaq.

Matç Zirə İdman Kompleksinin stadionunda oynanılacaq və saat 15:00-da start götürəcək.