1-ci Liqa: "İmişli" Premyer Liqaya bir qədər də yaxınlaşıb - "Qaradağ Lökbatan" zirvəyə dönüb - 3 VİDEO

1-ci Liqa: "İmişli" Premyer Liqaya bir qədər də yaxınlaşıb - "Qaradağ Lökbatan" zirvəyə dönüb - 3 VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 16-cı tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib.

Premyer Liqaya çıxmağı hədəfləyən "İmişli" bir gün öncə çempionluğa əsas iddialı "Şamaxı"nın xal itirməsindən maksimum yararlanraq liderliyə şərik çıxıb.

Təcrübəli Əsgər Abdullayevin baş məşqçisi olduğu bölgə təmsilçisi medallara oynayan "Karvan"ı əliboş yola salıb.

Daha bir iddialı "Qaradağ Lökbatan" növbəti qələbə ilə birinci pilləyə qayıdıb.


Azərbaycan 1-ci Liqası. 16-cı tur


28 fevral

"İrəvan" - MOİK 0:7

Qollar: Elvin Valiiev, 22, 90+3, Sabir Allahquliyev, 27 (pen), 63, Elmir Rəhimzadə, 66, 77, 90+2.

"Şamaxı" - "Zaqatala" 1:1

Qollar: Səbayıl Bağırov, 13 - Nicat Oruclu, 90+4.


29 fevral

"İmişli" - "Karvan" 2:0

Qollar: Gilyerme Silva, 55, Xəzər Mahmudov,90+6.




"Mingəçevir" - "Difai Ağsu" 1:1

Qollar: Vidadi Cəfərov, 38 - İlham Allahverdiyev, 22.




"Araz Saatlı" - "Qaradağ Lökbatan" 0:2

Qollar: Seyxan Fərəcov, 45+1, (pen), 59.



1 Qaradağ Lökbatan 16 9 5 2 27-11 32
2 İmişli 16 9 5 2 24-9 32
3 Şamaxı 16 8 6 2 32-14 30
4 MOİK 16 8 5 3 30-14 29
5 Karvan 16 8 3 5 24-17 27
6 İrəvan 16 7 2 7 20-23 23
7 Zaqatala 16 4 7 5 20-22 19
8 Mingəçevir 16 4 3 9 12-23 15
9 Difai Ağsu 16 2 3 11 13-31 9
10 Araz Saatlı 16 1 1 14 9-47 4



Bombardirlər:

Elşad Tağıyev ("Şamaxı") - 11 qol

Elmir Rəhimzadə (MOİK) - 9 qol

Emin Zamanov ("Şamaxı") - 8 qol

Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 8 qol

Xəzər Mahmudov ("İmişli") - 7 qol

Peter Kinqs ("Karvan") - 6 qol

İsa Zeynallı (MOİK) - 6 qol