Avropa çempionatına gedə bilməyən futbolçuların rəmzi heyəti
Yayda Almaniyada təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edə bilməyəcək futbolçulardan ibarət simvolik "11-lik" tərtib edilib.
Mediasport.az xəbər verir ki, heyətdə həm milli komandası mərhələ keçməyən, həm də zədəli olan futbolçular yer alıblar.
Azərbaycan milli komandasının seçmə qrup mərhələsindəki rəqibi İsveçin 3 futbolçusu da "11-lik"də qərarlaşıb.
Xatırladaq ki, rəmzi komandanın ümumi dəyəri 709 milyon avrodur.
AVRO-2024-də iştirak edə bilməyəcək futbolçuların simvolik "11-liy"i:
Qapıçı: Tibo Kurtua (Belçika milli komandası; zədə);
Müdafiəçilər: Alexandro Balde (İspaniya milli komandası; zədə), David Alaba (Avstriya milli komandası; zədə), Uesli Fofana (Fransa milli komandası; zədə), Ris Ceyms (İngiltərə milli komandası; zədə);
Yarımmüdafiəçilər: Entoni Elanqa və Deyan Kuluşevski (İsveç milli komandası; vəsiqə qazana bilməyiblər), Qavi (İspaniya milli komandası; zədə), Martin Odeqar (Norveç milli komandası; vəsiqə qazana bilməyiblər);
Hücumçular: Erlinq Haaland (Norveç milli komandası, vəsiqə qazana bilməyiblər), Aleksandr İsak (İsveç milli komandası; vəsiqə qazana bilməyiblər).
Rövşən ƏLİSOY
Mənbə: "Transfermarkt"