AÇ-nin maskotu təqdim edildi

AÇ-nin maskotu təqdim edildi

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi maskotu təqdim olunub.

MediaSport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, talisman seçilən oyuncaq ayı ilk olaraq Helzenkirhendəki ibtidai məktəblərdən birində nümayiş etdirilib.

Növbəti iki həftə ərzində UEFA-nın saytında yeni maskotun adı ilə bağlı azarkeşlər arasında səsvermə keçiriləcək.

AÇ-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.