Türkiyə Xorvatiyaya, İspaniya Şotlandiyaya məğlub oldu - AÇ-2024

Türkiyə Xorvatiyaya, İspaniya Şotlandiyaya məğlub oldu - AÇ-2024

AÇ-2024-ün seçmə qrup mərhələsində 2-ci tura yekun vurulub.

mediasport.az xəbər verir ki, son oyun günündə 7 matç keçirilib.

Ştefan Kuntzun rəhbərlik etdiyi Türkiyə yığması doğma meydanda Xorvatiyaya məğlub olub. Günün sensasiya sayıla biləcək nəticəsi Qlazqoda qeydə alınıb. Şotlandiya yığması milli komandası İspaniya futbolçularının qapısından 2 cavabsız top keçirib.


AÇ-2024. Seçmə qrup mərhələsi. 2-ci tur


A qrupu

Gürcüstan - Norveç 1:1

Qollar: Jorj Mikautadze, 61 - Aleksander Sörlot, 15.

Şotlandiya - İspaniya 2:0

Qollar: Skott Maktominey, 7; 51

Xal durumu: Şotlandiya - 6. İspaniya - 3, Norveç - 1, Gürcüstan - 1 (1 oyuna), Kipr - 0 (1 oyuna)


D qrupu

Türkiyə - Xorvatiya 0:2

Qollar: Mateo Kovaçiç, 20; 45+4.

Uels - Latviya 1:0

Qol: Kifer Mur, 41.

Xal durumu: Uels - 4, Xorvatiya – 4, Türkiyə - 3, Ermənistan - 0 (1 oyuna), Latviya - 0 (1 oyuna)


I qrupu

İsveçrə - İsrail 3:0

Qollar: Ruben Varqas, 39. Zeki Amduni, 48. Silvan Vidmer, 52.

Rumıniya – Belarus 2:1

Qollar: Nikolae Stançu, 17. Andrey Burke, 19 - Vladislav Morozov, 86.

Kosovo – Andorra 1:1

Qollar: Edon Jeqrova, 59 - Albert Rosas, 61.

Xal durumu: İsveçrə - 6, Rumıniya – 6. Kosovo – 2, Andorra - 1, İsrail – 1. Belarus - 0.