UEFA qol sevincinə görə yığmanın bu üzvünə intizam işi açıb - RƏSMİ

  UEFA qol sevincinə görə yığmanın bu üzvünə intizam işi açıb - RƏSMİ

UEFA Türkiyə millisinin futbolçusu Merih Demirala qarşı intizam işi açıb.

Mediasport.az xəbər verir ki, buna müdafiəçinin Avropa çempionatının 1/8 final oyununda Avstriya yığmasının qapısına vurduğu qolu "bozqurd" işarəsi ilə qeyd etməsi səbəb olub. Məsələ ilə bağlı yekun qərar yaxın günlərdə açıqlanacaq.

Avstriya ilə matçda (1:2) Türkiyə millisinin hər iki qoluna Merih Demiral imza atıb. "Ay-ulduzlular" bu nəticə ilə 1/4 finala vəsiqə qazanıblar.