"Avropa fatehi" çempion həmkarlarının ənənəsini pozmayıb
Məlum olduğu kimi, Türkiyənin "Beşiktaş" futbol klubunun baş məşqçisi portuqaliyalı Fernandu Santuş olub.
Mediasport.az xəbər verir ki, 69 yaşlı çalışdırıcının İstanbul nəhənginə təyinat alması ilə maraqlı statistika diqqət çəkib.
Belə ki, o, son 4 Avropa çempionatında birincilik yaşamış və Türkiyədə çalışacaq mütəxəssislərin siyahısında yer alıb.
Öncədən Avropa çempionatını qazanan və Türkiyədə işləyən baş məşqçilər:
1. AVRO-2008 - Luis Araqones ("Fənərbağça", 2008 - 2009)
2. AVRO-2012 - Visente del Boske ("Beşiktaş", 2004 - 2005)
3. AVRO-2016 - Fernandu Santuş ("Beşiktaş", 2024 - davam edir)
4. AVRO-2020 - Roberto Mançini ("Qalatasaray", 2013-2014)