DÇ-2022: 4 yığma komandanın final "arzu"su bu toplarla gerçəkləşə bilər
Qətərdə keçirilən 22-ci Dünya Kubokunun yarımfinal və final oyunlarının rəsmi topu təqdim edilib.
mediasport.az xəbər verir ki, bu mərhələdə ərəb dilindən tərcümədə arzu mənasını verən “Əl Hilm” adlı toplardan istifadə olunacaq.
Mundialın 1/2 final görüşləri dekabrın 13 və 14-də, finalı isə 18-də keçiriləcək. Yarımfinalda Argentina Xorvatiya ilə, Fransa Mərakeşlə üz-üzə gələcək.
DÇ-nin final matçı “Lusail” stadionunda oynanılacaq.