Tuxel İngiltərə milli komandasının baş məşqçisi təyin edildi - RƏSMİ

Tuxel İngiltərə milli komandasının baş məşqçisi təyin edildi - RƏSMİ

Tomas Tuxel İngiltərə milli komandasının baş məşqçisi təyin edilib.

Mediasport.az xəbər verir ki, almaniyalı sözügedən yığmanı çalışdıracaq üçüncü xarici mütəxəssis olacaq.

Sven-Yoran Eriksson və Fabio Kapello həmin siyahıda qərarlaşan çalışdırıcılar olublar.

Tomas baş məşqçi kimi karyerası ərzində ölkəsinin "Ştutqart" (U-19), "Auqsburq" (əsas, əvəzedici komanda, U-19), "Maynts" (əsas komanda, U-19), "Borussiya" (Dortmund), "Bayern", Fransanın PSJ, İngiltərənin "Çelsi" klublarında çalışıb.