Şəhriyar Türkiyədə ŞOK yaşadı - Qaçaqmalçılığa görə saxlanıldı
Tanınmış şahmatçı Şəhriyar Məmmədyarov Türkiyə gömrüyündə problemlə üzləşib.
Mediasport.az xəbər verir ki, bu barədə “Satranc okulu” kanalında FİDE ustası Selim Gürcan məlumat yayıb.
O bildirib ki, Şəhriyar qaçaqmalçılıqda şübhəli bilinib.
39 yaşlı zəka sahibi məşhur şahmatçı olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib, yalnız bundan sonra üzr istəyərək Məmmədyarovun Türkiyəyə keçməsinə şərait yaradıblar.