Avroliqada 1-ci tur yekunlaşdı: 2-ci raundda 18 klub meydana çıxacaq

Avroliqada 1-ci tur yekunlaşdı: 2-ci raundda 18 klub meydana çıxacaq

Futbol üzrə UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, cavab qarşılaşmaları çərçivəsində 6 görüş baş tutub.

Bununla da 2-ci raundun cütləri müəyyənləşib.

Mərhələnin matçları iyulun 25-də və avqustun 1-də oynanılacaq.

AL-in 1-ci raundunda uduzan kollektivlər isə çıxışlarını Avropa Konfrans Liqasının ikinci mərhələsində davam etdirəcəklər.


UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunları


“Llapi” - “Visla” 1:2 İlk oyun – 0:2

“Tobol” - “Rujomberok” 1:0 İlk oyun – 2:5

“Zirə” - “Şerif” 1:2, pen. 4:5 İlk oyun – 1:0

“Pafos” - “Elfsborq” 2:5 İlk oyun – 0:3

“Korvinul” - “Pakşi” 0:2 İlk oyun – 4:0

“Maribor” - “Botev” 2:2 İlk oyun – 1:2


2-ci təsnifat mərhələsi


"Ayaks" - "Voyvodina"

"Rujomberok" - "Trabzonspor"

"Visla" Krakov - "Rapid" Vyana

"Kilmarnok" - "Serkl Brügge"

"Mölde" - "Silkeborq"

“Korvinul” - "Riyeka"

"Braqa" - "Makkabi" Petah Tikva

"Panatinaikos" - "Maribor"

"Şerif" - "Elfsborq"