Coşqunun və Cəlalın komandası səfərdə qələbə qazandı - VİDEO
Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvlərinin komandaları daxili birinciliklərdə meydana çıxıblar.
Mediasport.az xəbər verir ki, Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Adanaspor"u məğlub edib (1:0).
Diniyev əsas heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
Cəlal Hüseynovun çıxış etdiyi "Arda" "Lokomotiv"ı məğlub edib - 2:0.
Cəlal bu qarşılaşmanı ehtiyat oyunçular skamyasında izləyib.
Bu gün daha 5 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar
Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" evdə "Tirana" ilə qarşılaşacaq.
Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hamburq"un qonağı olacaq.
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun komandası "Radomyak" "Piast"la üz-üzə gələcək.
Renat Dadaşov və Həsən Nəzərlinin komandası "Ankaragücü" "İğdır"la oyunda qələbə qazanmağa çalışacaq.
Emil Mustafayevli "Polessye" "Aleksandriya" ilə səfərdə qarşılaşacaq.
2 noyabr
Türkiyə 1-ci Liqası. 11-ci tur
"Adanaspor" - "Bandırmaspor" 0:1
Bolqarıstan Parva Liqası. 14-cü tur
"Lokomotiv" - "Arda" 0:2
3 noyabr
Polşa Ekstraklasası. 14-cü tur
15:15 "Radomyak" - "Piast"
Almaniya 2-ci Bundesliqası. 11-ci tur
16:30 "Hamburq" - "Nürnberq"
Albaniya Superliqası. 12-ci tur
17:00 "Eqnatia" - "Tirana"
Ukrayna Premyer Liqası. 12-ci tur
17:30 "Aleksandriya" - "Polessye"
Türkiyə 1-ci Liqası. 11-ci tur
20:00 "İğdır" - "Ankaragücü"