Əliyar Ağayev "Bolonya" - "Monako" qarşılaşmasının baş hakimi olacaq
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, azərbaycanlı referi UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Bolonya" (İtaliya) - "Monako" (Fransa) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
Noyabrın 5-də Bolonya şəhərində yerləşən "Renato Dall-Ara" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.