"Rəqibin boşluqlarından istifadə edib qollarımızı vurduq" - VEŞOVİÇ

"Rəqibin boşluqlarından istifadə edib qollarımızı vurduq" - VEŞOVİÇ

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini bölüşüb.

MediaSport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi çətin qarşılaşmada vacib qələbə qazandıqlarını bildirib.

- İlk hissədə şanslardan yararlana bilmədik. Ancaq ikinci yarıda rəqibin verdiyi boşluqlardan istifadə etdik və qollar vurduq. Hər gün məşqlərdə bütün gücümüzlə çalışırıq ki, matçlarda əlimizdən gələni edək və bacardığımız qədər çoxlu qol vuraq.

Monteneqrolu qalib gəldikləri üçün Allahaminnətdarlığını ifadə edib: "Artıq qarşıdakı matçlara baxırıq. Həmin görüşlərdən də ən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq".