"Nant"ın yarımmüdafiəçisi: "Evdə oynayırıq, qələbə qazanmalyıq"

"Nant"ın yarımmüdafiəçisi: "Evdə oynayırıq, qələbə qazanmalyıq"

"Bizim üçün vacib matçdır. "Qarabağ" ilk oyunda uduzduğumuz rəqibdir. 

mediasport.az xəbər verir ki, bu sözləri Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində bu gün Fransada "Qarabağ"la qarşılaşacaq "Nant"ın yarımmüdafiəçisi Andrey Cirotto deyib.

30 yaşlı futbolçu komandasının yaxşı formaya düşdüyünü və bugünkü oyunda qalib gəlmək iqtidarında olduqlarını bildirib: "Evdə oynayırıq, qələbə qazanmalıyıq. Keçən il yığdığımız yaxşı formanı bərpa etməyə başlayırıq. Bununla belə, diqqətli olmalıyıq".

Bu komandalar arasında keçirilmiş ilk görüşdə "Qarabağ" 3:0 hesablı qələbəyə sevinmişdi. Axşamkı matç Bakı vaxtilə saat 23:00-da başlanacaq. Ağdam təmsilçisi səfərdən 1 xalla qayıtsa, tarixində ilk dəfə Avropa Liqasının pley-offuna vəsiqə qazanacaq.