AVRO-2024: İspaniya millisinin yekun heyəti müəyyənləşdi

AVRO-2024: İspaniya millisinin yekun heyəti müəyyənləşdi

Bu ay Almaniyada start götürəcək futbol üzrə Avropa çempionatına yollanacaq İspaniya milli komandasının yekun heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Luis de la Fuentenin 26 nəfərlik siyahısına düşməyən 3 ad diqqət çəkir - Pau Kubarsi (“Barselona), Aleiş Qarsiya (“Jirona”) və Pablo Sarabia.

Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”, İngiltərə), Aleks Remiro (“Real Sosyedad”);

Müdafiəçilər: Dani Karvaxal, Naço Fernandes (hər ikisi “Real”), Xesus Navas (“Sevilya”), Emerik Laport (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Robin Le Normand (“Real Sosyedad”), Dani Vivian (“Atletik”), Alexandro Qrimaldo (“Bayer”, Almaniya), Mark Kukurelya (“Çelsi”, İngiltərə);

Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”, İngiltərə), Martin Subimendi, Mikel Merino (hər ikisi “Real Sosyedad”), Fabian Ruis (PSJ, Fransa), Aleks Baena (“Vilyarreal”), Pedri, Fermin Lopes (hər ikisi “Barselona”);

Hücumçular: Lamin Yamal, Ferran Torres (hər ikisi “Barselona”), Niko Uilyams (“Atletik”), Dani Olmo (“Leypsiq”, Almaniya), Mikel Oyarzabal (“Real Sosyedad”), Xoselu (“Real”), Alvaro Morata (“Atletiko”), Ayoze Peres (“Betis”).