Avropanın böyükləri - VİDEO
Avropada 2022/2023-cü illər futbol mövsümünə Türkiyədə yekun vuruldu.
mediasport.az xəbər verir ki, İstanbulun Atatürk Olimpiya Stadionunda keçirilən "Mançester Siti" - "İnter" finalı ilə "köhnə qitə"də futbola istirahət verildi (bəzi liqalarda son pley-off oyunları istisna).
Tarixində ilk dəfə qitənin ən güclü klub yarışının qalibi olan İngiltərə nəhənginin baş məşqçisi Xosep Qvardiola da fərdi qaydada seçildi. 52 yaşlı ispan mütəxəssis iki fərqli klubla mövsümü "trebl"lə başa vuran ilk və yeganə məşqçi ünvanına yiyələndi.
Vətənində "Barselona" ilə bir mövsümdə 3 titul qazanmış Pep analoji uğuru cari mövsüm "şəhərlilər"lə də təkrarlayınca əlçatmaz oldu.
Bu, çalışdırıcının ümumilikdə 35-ci tituludur. “Barselona” ilə 14 mükafat əldə etmiş Qvardiola “Bavariya” ilə 7 və “Mançester Siti” ilə 14 titul qazanıb.