Pley-offun ilk 3 oyunu bu axşam keçiriləcək - Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
Təmsilçimiz "Qarabağ" Xorvatiyada Zaqreb "Dinamo"su ilə üz-üzə gələcək.
Digər 4 matç sabah oynanılacaq.
Cavab qarşılaşmaları avqustun 27-28-də keçiriləcək.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyunlar
23:00 "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" (Azərbaycan)
23:00 "Bodo Qlimt" (Norveç) - "Srvena Zvezda" (Serbiya)
23:00 "Lill" (Fransa) - "Slaviya" (Praqa, Çexiya)