"Ayaks" "Qarabağ"la oyundan əvvəl "Neftçi Arena"da meydana çıxacaq

"Ayaks" "Qarabağ"la oyundan əvvəl "Neftçi Arena"da meydana çıxacaq

UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ"ın qonağı olacaq "Ayaks"ın matçdan bir gün öncə açıq məşqi saat 12:45-də "Neftçi Arena"da baş tutacaq.

Mediasport.az xəbər verir ki, Niderland klubunun baş məşqçisi Françesko Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı isə 18:00-da start götürəcək

Oktyabrın 24-də reallaşacaq qarşılaşma saat 20:45-də başlanacaq.