"Neftçi"də oynamış məşhur "Milan"lı 38 yaşında futbola qayıtdı

"Neftçi"də oynamış məşhur "Milan"lı 38 yaşında futbola qayıtdı

Yaponiya futbolunun əfsanələrindən Keysuke Honda aktiv futbolçu karyerasını bərpa edib.

Mediasport.az xəbər verir ki, “Neftçi”nin heyətində Azərbaycan çempionu olan yarımmüdafiəçi Butanda oynayacaq.

O, “Paro” klubu ilə 1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Honda 2021-ci ildə 3 ay “Neftçi”nin formasını geyinib.

38 yaşlı futbolçu “Venlo”, ÇSKA (Moskva), “Milan”, “Paçuka”, “Vitess”, “Botafoqo” və “Suduva” klublarında da çıxış edib.