Azərbaycan UEFA-nın klub reytinqində yerini qorudu - 29-cu PİLLƏ

Azərbaycan UEFA-nın klub reytinqində yerini qorudu - 29-cu PİLLƏ

Avrokuboklarda cari mövsüm qrup mərhələsinə yekun vurulub.

mediasport.az xəbər verir ki, ÇL, AL və KL görüşlərindən sonra UEFA ölkələrin yeni reytinqini açıqlayıb.

Sırlamada bəzi dəyişikliklər olub. Türkiyə bir, İsveçrə üç pillə irəliləyib. Əvəzində Norveçlə İsveç geriləyib. Bu dəyişikliklər 12-16-cı pillələrdə qeydə alınıb. Azərbaycanın xal hesabı "Qarabağ"ın evdə "Frayburq"la heç-heçəsindən sonra 0,250 xal artıb. Xal ehtiyatını bir qədər artıran Azərbaycan 16,125 əmsalla 29-cu pillədə qalıb.

Siyahıya 103,141 xalla İngiltərə başçılıq edir.