"Neftçi" azarkeşlərindən "İstefa" şüarları

"Neftçi" azarkeşlərindən "İstefa" şüarları

"Neftçi" Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Zirə"ni qəbul edir 

Mediasport.az saytının "Neftçi Arena"da olan əməkdaşı xəbər verir ki, matç xeyli maraqsız və sönük keçsə də, diqqətçəkən məqamlar var.

Belə ki, "ağ-qaralar"ın sadiq azarkeş qrupu "Forza Neftçi" fanklubu oyun başlayandan uğursuz transferlərə görə rəhbərliyi tənqid edən şüarlar səsləndirir.

Fanatlar, əsasən, Müşahidə Şurasının sədri Rövşən Nəcəfin müşaviri, klubda transfer işinə qeyri-rəsmi cavabdeh Kamil Məmmədovu istefaya səsləyirlər.