Azarkeşlər "Bayer"in "Qarabağ"la oyununa maraq göstərmirlər

Azarkeşlər "Bayer"in "Qarabağ"la oyununa maraq göstərmirlər

Oktyabrın 26-da UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək "Bayer" - "Qarabağ" oyununa yerli azarkeşlərin marağı o qədər yüksək deyil.

Mediasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqa matçlarında "BayArena"nı dolduran fanatlar Leverkuzen təmsilçisinin avrokubok görüşünə çox az sayda bilet alıblar.

"Əczaçılar"ın rəhbərliyi azarkeşlərin marağını çəkmək üçün müxtəlif kampaniyalar başlatmaq qərarına gəlib. Azərbaycan çempionu ilə qarşılaşma üçün biletlərin qiyməti 10 avroya endirilib.

Bundan əlavə, stadiona gələcək tələbələrə pulsuz içki (kola və ya su) və kepka da veriləcək.

Qeyd edək ki, "BayArena" rəsmi oyunlarda 29412 nəfər azarkeş üçün nəzərdə tutulub.

Matç Bakı vaxtilə saat 23:00-da start götürəcək.