"Zirə" Bolu toplanışında Rusiya və Rumıniya klubları ilə qarşılaşacaq
Boluda təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama oyununda qarşılaşacağı rəqiblərdən ikisinin adına aydınlıq gəlib.
Mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası iyunun 22-də Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaq.
"Qartallar"ın iyunun 25-dəki rəqibi isə Rumıniyanın “Hermanşdadt” komandası olacaq.
Xatırladaq ki, qəsəbə klubu ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək.