"Zirə" və "Sabah" rəqiblərini darmadağın etdilər, "Sumqayıt" evdə uduzdu - Konfrans Liqası

"Zirə" və "Sabah" rəqiblərini darmadağın etdilər, "Sumqayıt" evdə uduzdu - Konfrans Liqası

Futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk görüşləri davam etdirilir.

Mediasport.az xəbər verir ki, 3-cü oyun günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.

Ümumilikdə 41 görüşün reallaşacağı oyun günündə “Zirə” və “Sumqayıt” evdə, "Sabah" isə səfərdə gücünü sınayıb.

Təmsilçilərimizdən "Zirə" və "Sabah" rəqiblərini darmadağın ediblər, "Sumqayıt" isə hesabı açsa da, qırmızı vərəqədən sonra 2 top buraxaraq uduzub.

Komandalar arasında cavab qarşılaşmaları bir həftə sonra baş tutacaq.


Avropa Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


“Sumqayıt” - “Fehervar” (Macarıstan) 1:2

Qollar: Səbuhi Abdullazadə, 20 - Tobias Kristensen, 39, Şaba Sandler, 52.

Baş hakim: Florian Lata (Albaniya).

Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu.


"Zirə” - “DAK 1904” (Slovakiya) 4:0

Qollar: Rafael Utsiq, 29, Junior Martins, 31, Davit Volkov, 51, 53.

Baş hakim: İvo Torres (Lüksemburq).

Mərdəkan, “Dalğa Arena”.


“Makkabi” (Hayfa, İsrail) - “Sabah” 0:3

Qollar: Pavol Şafranko, 62, Cesse Sekidika, 78, Xəyal Əliyev, 88.

Baş hakim: Natan Verboomen (Belçika).

Macarıstan, “Varkert” stadionu.