Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı - DÇ-2025

Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı - DÇ-2025

Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, A qrupunda yer alan yığma oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində İspaniya, İngiltərə və Gürcüstan kollektivləri ilə üz-üzə gələcək.

Sahib Məmmədovun baş məşqçisi olduğu komanda oktyabrın 4-də İngiltərə, bir gün sonra Gürcüstan milliləri ilə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək.

Yığma oktyabrın 7-də, saat 20:00-da yerli komanda ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.