100-ə çatan "Qarabağ"ın üzvü yubileyini "Zirə"də qeyd edib
“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Mediasport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb.
İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/16 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.
O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İsmayıl bütün qollarını Ağdam klubunda vurub.