"İzmir Cup-2023": "Bursaspor"la bərabərə qalan "Qarabağ" "Ayaks" və "Srvena Zvezda"ya qarşı
Türkiyədə keçirilən “İzmir Cup" beynəlxalq futbol turniri start götürüb.
mediasport.az xəbər verir ki, "E" qrupunda qərarlaşan “Qarabağ”ın U-12 komandası ilk turda Türkiyənin “Bursaspor” klubu ilə qarşılaşıb.
Görüş 0:0 hesabı ilə başa çatıb. Komandanın növbəti rəqibləri Niderlandın “Ayaks” və Serbiyanın “Srvena Zvezda” klubları olacaq.