Azərbaycanın yeniyetmə güləşçiləri Serbiyada Avropa çempionu olub

Azərbaycanın yeniyetmə güləşçiləri Serbiyada Avropa çempionu olub

Sərbəst güləş üzrə yeniyetmələrdən (U-17) ibarət millimiz Avropa çempionu oldu.

Mediasport.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc, medal qazanan yığmamız 160 xal toplayaraq komanda hesabında çempion oldu.

Milli komandamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqladı. Türkiyə (119) isə üçüncü yeri tutdu.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.