"Mənim üçün ən əsası nəticədir"
"Mənim üçün ən əsası nəticədir. Artıq 10 gündür ki, Bakıdayıq. Hələlik burada məşqlərə davam edirik".
mediasport.az xəbər verir ki, bu fikirləri güləş üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Semyon Çterev Xorvatiyada keçiriləcək Avropa çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Bolqarıstanlı mütəxəssis hazırlıq prosesinin yaxşı davam etdiyini deyib. Çterev Avropa çempionatında qarşıya qoyulan hədəflər barədə bunları deyib: "Mümkün qədər yaxşı çıxış etmək istəyirik. Mariya Stadnik, Elis Manolova kimi böyük təcrübəyə malik idmançılarımız var. Eyni zamanda gənclərə də inanıram. Fikrimcə, gənclər də Avropa çempionatında medal qazanmaq iqtidarındadırlar. Zədə həmişə olur, indi yalnız yarış haqda düşünürük".
Avropa çempionatı 17-23 aprel tarixlərində Zaqrebdə təşkil olunacaq.