Azərbaycan atleti bu dəfə Norveç turnirində qızıl medal qazandı

Azərbaycan atleti bu dəfə Norveç turnirində qızıl medal qazandı

Azərbaycan atleti Anna Skidan Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı "Trond Mohn" Oyunlarında uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz çəkic atma yarışında qızıl medal qazanıb.

Atletimiz 72,47 metr göstərici ilə bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, Skidan bir neçə gün öncə Dünya Atletikasının gümüş səviyyəli yarışı Yanuş Kusoçinskinin Memorialında da qızıl medal əldə etmişdi.