Səlimə Quliyeva gümüş, Zemfira Həsənzadə bürünc medal əldə etdi
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində daha 2 medal qazanıblar.
Mediasport.az xəbər verir ki, 46 kq çəkidə yarışan Səlimə Quliyeva yalnız finalda uduzaraq gümüş mükafat əldə edib.
Eyni çəkidə Zemfira Həsənzadə isə 3-cü yeri tutub.
Qeyd edək ki, daha əvvəl təmsilçilərimiz gənclər arasında 1 qızıl, 1 bürünc medala yiyələniblər.