Azərbaycan idmançıları Dünya Kubokunda 12 medalla ikinci oldular

Azərbaycan idmançıları Dünya Kubokunda 12 medalla ikinci oldular

Parapauerliftinq üzrə Azərbaycan millisi Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunun komanda yarışında gümüş medal qazanıb.

mediasport.az xəbər verir ki, Zəhra Dadaşova, Pərvin Məmmədov və Ceyhun Mahmudovun yer aldığı yığma 114.88 xalla ikinci yeri tutub.

İdmançılarımız bu göstəricidə yalnız Ukrayna yığmasından geri qalıb. Komandamız Qazaxıstan, Tayland və Moldova kollektivlərini geridə qoyub.

Yekun nəticədə Azərbaycan parapauerliftinqçiləri 8 idmançı ilə təmsil olunduğu Dünya Kubokunu 7 qızıl, 4 gümüş və 1 bürünc medalla başa vurublar.