Yığma komandamızın üzvü dünya çempionatına vəsiqəni təmin etdi

Yığma komandamızın üzvü dünya çempionatına vəsiqəni təmin etdi

Paralimpiya yığmamızın atleti Rüfət Rəfiyev İsveçrənin Notvil şəhərində keçirilən Qran-pridə uğurla çıxış edib.

mediasport.az xəbər verir ki, idmançımız nüvə itələmə (F36) üzrə 13.68 metr nəticə göstərərək 3-cü yerə sahib çıxıb.

Rüfət bununla iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.