Azərbaycandan ayrılan futbolçu İran klubunda oynayacaq - RƏSMİ

Azərbaycandan ayrılan futbolçu İran klubunda oynayacaq - RƏSMİ

Ötən mövsümü “Kəpəz”də keçirmiş Peyman Keşavarzin yeni klubu müəyyənləşib.

mediasport.az xəbər verir ki, iranlı futbolçu karyerasını vətənində davam etdirəcək.

27 yaşlı müdafiəçi Birinci Liqa klubu “Mes Sunqun”la 1 illik müqavilə bağlayıb.

Peyman ölkəmizdə "Sumqayıt" (2019) və "Səbail"də (2020) də oynayıb.