Azərbaycan bokçusu Yay Olimpiya Oyunlarında yarımfinala çıxdı

Azərbaycan bokçusu Yay Olimpiya Oyunlarında yarımfinala çıxdı

Azərbaycan boksçusu Alfonso Dominges Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.

Rəqibinə qalib gələn (28:29, 29:28, 28:29, 29:28, 29:28) dünya çempionumuz yarımfinala vəsiqə qazanıb.

Boksçumuz bununla da ən azı bürünc medalı təmin etmiş oldu.