Hidayət Heydərov Olimpiya Oyunlarına çətin qələbə ilə başladı
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan dünya reytinqinin lideri 1/8 finalda İsrail təmsilçisi Butbul Toharla qarşılaşıb.
Qızıl xala qədər uzanan qarşılaşmada Heydərov rəqibini cərimə balı hesabına məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
O, 1/4 finalda Artur Margelidonla (Kanada) görüşəcək.
Qeyd edək ki, əvvəlki günlərdə Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) uğursuz çıxış edərək olimpiada ilə vidalaşıblar.