Azərbaycanın daha bir boksçusu Olimpiya Oyunları ilə vidalaşdı

Azərbaycanın daha bir boksçusu Olimpiya Oyunları ilə vidalaşdı

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bir qədər əvvəl boks yığmamızın daha bir təmsilçisi mübarizəyə qoşulub.

Malik Həsənov yarışa 1/8 finaldan başlayıb.

63,5 kq çəkidə çıxış edən idmançımız startda Laşa Quruliyə (Gürcüstan) uduzaraq olimpiada ilə vidalaşıb - 0:5 (27:30, 27:30, 28:29, 27:30, 28:29).

Qeyd edək ki, boks millimiz Parisə 5 idmançı ilə yollanıb.

Onlardan Alfonso Dominges (92 kq) başlanğıcda qalib gələrək 1/4 finala yüksəlib, Məhəmməd Abdullayev isə günorta saatlarında ilk döyüşdə məğlub olaraq mübarizəni dayandırıb.