Paris-2024: Dördqat dünya çempionumuz mübarizəyə başlayır
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir idmançısı mübarizə aparacaq.
Mediasport.az xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda gücünü sınayacaq.
Təsnifat mərhələsi saat 13.04-də, final mərhələsi 21:00-da başlanacaq.
Xatırladaq ki, Azərbaycan bu paralimpiadada hələlik 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) çempion olub, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) isə bürünc medal əldə edib.