Azərbaycan boksçuları Poşadakı xatirə turnirində iştirak edəcəklər
Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir start götürəcək.
Mediasport.az xəbər verir ki, 24 sentyabrda start götürəcək və 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Məşqçi Ceyhun Abiyev Keltsedə təşkil olunacaq turnirdə 2 boksçuya şans verəcək.
Yığma üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) rinqə çıxacaqlar.